Müdafiə naziri: “Putin hələ bizimlə işini bitirməyib”
Tarix: 16-07-2023 10:10 | Bölmə: Dünya / Xəbərlər
Müdafiə naziri: “Putin hələ bizimlə işini bitirməyib”

Rusiya qarşıdakı illərdə də təhlükə olaraq qalacaq və yenidən zərbə endirə bilər. Reyting.az xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles “The Sunday Times” qəzetinə müsahibəsində deyib.

Çin və Rusiyadan gələn təhlükələrdən danışan nazir bildirib ki, Putin Ukrayna müharibəsində uduzsa, o, bundan çox əziyyət çəkəcək: “Onun hələ də hava qüvvələri və donanması var. Biz onun donanmasının kifayət qədər aqressiv manevrlər etdiyini görürük. Putin hələ bizimlə işini bitirməyib. Onun növbəti döyüşlərə də bacarığı var".

Uolles həmçinin Rusiyanın taktiki nüvə silahından istifadə ehtimalından narahatdır. O, əlavə edib ki, müvafiq təhlükə Rusiyanın hərbi doktrinasında hələ də mövcuddur.

Bundan əlavə, Rusiya məlumat və enerji ötürülməsini təmin edən müttəfiq sualtı rabitə vasitələrinə də hücum edə bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər