20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyanın üç “Uraqan” MLRS sistemi məhv edilib
Tarix: 21-12-2023 01:38 | Bölmə: Dünya
Rusiyanın üç “Uraqan” MLRS sistemi məhv edilib

Ukrayna müdafiəçiləri rus ordusunun Xerson şəhərini atəşə tutmaq üçün istifadə etdiyi üç “Uraqan” MLRS sistemini məhv ediblər.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Ordusunun Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin mətbuat katibi Natalya Qumenyuk deyib.

“Biz düşmənin texniki potensialını mümkün qədər məhv etməyə çalışırıq: texnika, silah, sursat, anbarlar, saxlama məntəqələri, onların sağ sahilə göndərdiyi hər şey. Xüsusilə, dünən Xersonu vuran üç “Uraqan” qurğusu məhv edilib”, - o deyib.

Qeyd edək ki, rus ordusu Xersona kütləvi hücumu zamanı 4-ü uşaq olmaqla 9 nəfər yaralanıb. İki qadın və onların 2, 4 və 9 yaşlı qızları xəstəxanaya yerləşdirilib. Digər qız isə tibbi yardımdan sonra evə buraxılıb. Yaşayış binalarına, təhsil və tibb müəssisələrinə, mühüm infrastruktura, poçt şöbəsinə ziyan dəyib. Və sonradan məlum olub ki, Ukrayna Qızıl Xaç Cəmiyyətinin humanitar yardım anbarı birbaşa zərbə və yanğın nəticəsində tamamilə dağıdılıb - Xerson vilayətinin mülki əhalisi üçün orada saxlanılan yardım ləvazimatları məhv edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər