Müdafiə naziri müharibə ilə bağlı bədbin proqnoz verir
Tarix: 25-12-2023 15:24 | Bölmə: Dünya
Müdafiə naziri müharibə ilə bağlı bədbin proqnoz verir

“Ukraynada bütün Avropanın gələcəyi üçün müharibə gedir. Bu müharibə hələ uzun müddət davam edə bilər”.

Reyting.az
xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Kaikkonen deyib.

Müdafiə nazirinin sözlərinə görə, təəssüf ki, müharibənin tezliklə başa çatması gözlənilmir: “Bu müharibədə təkcə Ukrayna dövlətinin deyil, həm də Rusiya Federasiyasının və bütün qonşu dövlətlərinin taleyi həll olunur. Ukraynada bütün Avropanın gələcəyi üçün müharibə gedir”.

Nazir əlavə edib ki, Rusiyanın güc siyasəti Avropada və demək olar, bütün dünyada etibarsızlıq və qeyri-müəyyənlik hissi yaradıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}