MN: "Rusiya ordusu daha bir neçə kəndi nəzarətə götürüb”
Tarix: 29-02-2024 15:01 | Bölmə: Dünya
MN: "Rusiya ordusu daha bir neçə kəndi nəzarətə götürüb”

"Ukraynanın Avdeevka şəhərinin qərbindəki ərazi Rusiya ordusunun hücum mərkəzi olaraq qalır".

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Rusiya fevralın 17-də şəhəri ələ keçirib və o vaxtdan şəhərin mərkəzindən təxminən 6 km irəliləyib. Rusiya Federasiyası demək olar ki, ərazidəki bir neçə kəndi nəzarətə götürüb”, - məlumatda qeyd edilib.

Bildirilib ki, bu taktiki nailiyyətlər ilk növbədə Rusiyanın Avdeevka ətrafında mövqelərini möhkəmləndirməyə xidmət edir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb(Report).




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}