12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazir: “Ukrayna Rusiya ərazisindəki hədəfləri vurmalıdır”
Tarix: 28-05-2024 20:10 | Bölmə: Dünya
Nazir: “Ukrayna Rusiya ərazisindəki hədəfləri vurmalıdır”

“Ukrayna Rusiya Federasiyasına zərbə endirməlidir və bunun müzakirələrə ehtiyac yoxdur”.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, bunu Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren Avropa İttifaqı (Aİ) müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündən əvvəl deyib.

Onun sözlərinə görə, Ukrayna müdafiəsinin və ərazi bütövlüyünün bərpası üçün bütün vasitələrdən istifadə etmək hüququna malikdir.

“Onlar (ukraynalılar-red.) Rusiyanın daxilinə zərbə endirməlidirlər. Mənim nöqteyi-nəzərimdən bu, müzakirə mövzusu olmamalıdır və ümid edirəm ki, başqa mövqedə olan digər ölkələr də fikrini dəyişəcək”, - Ollonqren vurğulayıb.

O, əlavə edib ki, Ukrayna indi “bir əli arxasına bağlı” döyüşür. Nazir bu mövzunun nazirlərin bugünkü iclasında qaldırılacağını istisna etməyib.

Onu da qeyd edək ki, Almaniya kansleri Olaf Şolts Ukraynaya tədarük edilən silahların Rusiya ərazisində tətbiqi ilə bağlı çağırışları rədd edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər