Putin bir fərmanla 87 general rütbəsi verib
Tarix: 12-06-2024 14:56 | Bölmə: Dünya
Putin bir fərmanla 87 general rütbəsi verib

Rusiya prezidenti Vladimir Putin hərbçilərə, Rusiya Qvardiyasına, polisə, ədliyyə və gömrük işçilərinə ümumilikdə 87 general rütbəsi verib. Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayədələri arasında isə səkkiz nəfər admiral rütbəsinə layiq görülüb.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vasili Truşinə və Baş Silahlanma İdarəsinin rəisi Anatoli Qulyayevə general-polkovnik rütbəsi verilib. Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəisi Aleksandr Osadçuk və dövlət müdafiə təchizatı üzrə idarənin rəisi Vyaçeslav Rıjenkov isə general-leytenant rütbələri ilə təltif olunublar.

ELÇİN




Bölməyə aid digər xəbərlər