Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib
Tarix: 12-07-2024 19:11 | Bölmə: Dünya
Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb

Rusiyanın Moskva vilayətində “Sukhoi Superjet-100” sərnişin təyyarəsi qəzaya uğrayıb.

Reyting.az
Lenta.ru-ya istinadla xəbər verir ki, təyyarə planlı təmirdən qayıdarkən Kolomna bölgəsində qəzaya düşüb.

Hadisə yerinə fövqəladə xidmətlər gedib, iki helikopter də axtarışa çıxıb. Uçuş zamanı təyyarədə sərnişinlərin olmadığı bildirilir.

***

Son məlumata görə, təyyarə Apraksino kəndi yaxınlığındakı meşəyə düşüb və yerli sakinlərdən heç kim xəsarət almayıb.

Təyyarədə sərnişin olmasa da, üç nəfərdən ibarət pilotun həlak olduğu bildirilir.

Bəzi mənbələrə görə, təyyarə "Qazprom Avia"ya məxsus olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər