Rusiya silah və texnika çatışmazlığı ilə üzləşəcək
Tarix: 16-09-2024 14:28 | Bölmə: Dünya
Rusiya silah və texnika çatışmazlığı ilə üzləşəcək

Rusiya ordusu Ukraynaya qarşı müharibə üçün silah və maddi resurslar çatışmazlığı ilə üzləşəcək. Bu isə Rusiya Federasiyasının xarici tərəfdaşlardan asılılığını daha da artıracaq.

Reyting.az
-ın xəbərinə görə, Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri proqnozlaşdırırlar ki, Rusiya Ukraynadakı əməliyyatlar üçün lazım olan materialların istehsalı və tədarükü ilə bağlı artan çətinliklərlə üzləşəcək və Kreml öz maddi ehtiyaclarını ödəmək üçün getdikcə daha çox xarici tərəfdaşlardan asılı olacaq.

Mütəxəssislərin izah etdiyi kimi, rus ordusu öz hücumlarını dəstəkləmək üçün daha çox Sovet dövründən qalma silah və texnikanın bərpasına arxalanır. Bu xüsusilə zirehli maşınlar üçün doğrudur.

ISW qeyd edir ki, Rusiya ordusu məhdud sovet ehtiyatlarını tükəndirdiyi üçün orta və uzunmüddətli perspektivdə əməliyyatların cari tempini qoruyub saxlamaq istəyirsə, Rusiya iqtisadiyyatını və müdafiə sənayesini daha da səfərbər etməli və potensialın inkişafına sərmayə qoymalı olacaq.

Xatırladaq ki, analitiklərin proqnozlarına görə, Rusiyanın müdafiə sənayesini genişləndirmək səyləri gözlənilən işçi çatışmazlığı və Qərb sanksiyalarının təsiri səbəbindən orta və uzunmüddətli perspektivdə dayanıqlı olmayacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}