Litva prezidenti Kalininqradı ölkəsinin tarixi hissəsi adlandırıb
Tarix: 10-01-2025 17:17 | Bölmə: Dünya
Litva prezidenti Kalininqradı ölkəsinin tarixi hissəsi adlandırıb

“Kalininqrad vilayətində Litva mədəniyyəti qorunmalıdır, çünki bu bölgə tarixən Kiçik Litvanın bir hissəsidir”.

Reyting.az
xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda bildirib.

“Rusiya nə qədər çalışsa da, Karalyauçyus heç vaxt Kalininqrad olmayacaq!”, - prezident sosial şəbəkədə yazıb.

Litva lideri eyni zamanda litvalı şair Kristijonas Doneilatisin Kalininqrad vilayətində yerləşən muzeyinin adının dəyişdirilməsinin əleyhinə çıxıb.

“Sonra nə? Kitab yandırılır?”, - Litva prezidenti saul verib. Onun fikrincə, bölgə sakinləri “çoxdan yoxa çıxmasına” baxmayaraq, Kiçik Litvanın irsini qoruyub saxlamalıdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər