İstefa vermiş prezident öldü - Ölkədə matəm elan olundu
Tarix: 09-07-2019 16:25 | Bölmə: Dünya / Xəbərlər
İstefa vermiş prezident öldü - Ölkədə matəm elan olundu

Argentinanın sabiq prezidenti Fernabdo de la Rua 81 yaşında vəfat edib.

Reyting.az
TRT-yə istinadla xəbər verir ki, ürək və böyrək xəstəliyindən əziyyət çəkən sabiq prezident Buenos-Ayresdə xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, sabiq prezidentin ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub.

Xatırladaq ki, mərhum prezident 1999-cu ildə prezident seçilmişdi. O, 2001-cildə ölkədəki iqtisadi böhranın kəskinləşməsinə görə yaşanan kütləvi iğtişaşlar səbəbindən istefa vermişdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər