14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İsrail nəşrində kürd separatçılarına dəstək: “Qərb Türkiyəyə mane olmalıdır”
Tarix: 18-08-2019 00:58 | Bölmə: Dünya
İsrail nəşrində kürd separatçılarına dəstək: “Qərb Türkiyəyə mane olmalıdır”

“Qərb kürd müttəfiqlərinin əzilməsinə imkan verməməlidir. ABŞ sonda yenidən özünü təsdiqləməli olsa, “qırmızı xətt” çəkilməlidir”.

Reyting.az
“Jerusalem Post”-a istinadla xəbər verir ki, bunu İsrail nəşrinin köşə yazarı Nevill Teller yazıb.

Kürd separatçılarına dəstəyə köklənmiş məqalədə daha sonra qeyd olunur: “Suriyanın gələcəyi Astanada, nəhayət, çəkildiyi üçün ABŞ oyundan kənarda qalır. Yeni tənzimləmələr Rusiyanın maraqlarına tam, daha az dərəcədə İran və Türkiyənin maraqlarına uyğun gəlir. Çox güman ki, Əsəd bu və ya digər şəkildə prezidentliyini saxlaya biləcək. İranın yenidən qurulmuş Suriya rəhbərliyi daxilində kifayət qədər güc əldə etməsi ehtimalı var. Türkiyəyə ölkənin şimal əyalətində kürd qüvvələrinə bir qədər nəzarət etməyə icazə veriləcək”.

Müəllifin qeydlərinə əsasən, 13-cü Astana danışıqları (5 avqust 2019-cu il) başa çatdıqdan üç gün sonra Ərdoğan kürd separatçılarını hədələyib. Lakin Qərb bu hədələrin hərbi cavaba çevrilməsinə sədd çəkməlidir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}