Maduro 3.3 milyonluq yeni ordu yaradıb
Tarix: 09-12-2019 10:14 | Bölmə: Dünya
Maduro 3.3 milyonluq yeni ordu yaradıb

Venesuelanın xalq qoşunu sıralarında olan vətəndaşların sayı 3,3 milyon nəfərə çatıb.

Bu barədə ölkə prezidenti Nikolas Maduro La-Quayra (şimal ştatı Varqasın paytaxtı -red) şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

"Bu gün mən Venesuelaya və bütün dünyaya elan edə bilərəm ki, qoşunun (xalq - red) sayı 3 milyon 300 min nəfərə çatıb", - Maduro qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bütün qoşun döyüşçüləri yaxşı "təşkil edilib, təlim görüb, silahlıdır və Venesuelanın bütövlüyünü, müstəqilliyini və asayişini müdafiə etməyə hazırdır".

"2020-ci ildə hədəf - 4 milyon nəfərə nail olmaqdır", - Maduro vurğulayıb




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər