Süleymaniyə qarşı əməliyyat: Tramp 7 ay əvvəl icazə veribmiş
Tarix: 13-01-2020 17:10 | Bölmə: Dünya
Süleymaniyə qarşı əməliyyat: Tramp  7 ay əvvəl icazə veribmiş

ABŞ prezidenti Donald Tramp Qasım Süleymaniyə qarşı əməliyyata hələ yeddi ay bundan əvvəl icazə verib.

NBC xəbər verir ki, ötən ilin iyun ayında İran hərbçiləri Hörmüz boğazı üzərində ABŞ-ın pilotsuz uçuş aparatını vurandan sonra həmin vaxt prezidentin milli təhlükəsizlik üzrə müşaviri olmuş Con Bolton və dövlət katibi Mayk Pompeo prezidenti cavab tədbiri olaraq Qasım Süleymaniyə qarşı əməliyyat barədə qərar verməyə çağırmışdılar. D.Tramp da belə bir addımı yalnız İran tərəfinin ABŞ vətəndaşının həyatına bais olacağı təqdirdə atacağını bildirib.

Beləliklə, İranın İraq ərazisindəki ABŞ-ın hərbi bazasına ballistik raket atması nəticəsində bir hərbçinin ölməsi, daha dördünün yaralanmasından sonra Pentaqon D.Trampa cavab tədbirləri görməyi təklif edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər