İranda casusluq ittihamı ilə bir neçə nəfər həbs edilib
Tarix: 13-07-2020 11:02 | Bölmə: Dünya
İranda casusluq ittihamı ilə bir neçə nəfər həbs edilib

İranın Kirman əyalətində casusluqda ittiham olunan bir neçə nəfər həbs olunub.

Bu barədə İranın Kirman əyalətinin prokuroru Əhməd Qurbani bildirib.

Ə. Qurbani həbs olunanların sayını və onların hansı ölkənin vətəndaşı olduğunu deməyib.

Casusluqda ittiham olunan şəxslər barədə məhkəmə tərəfindən qərar çıxarılıb.

Prokuror həmçinin terror qruplaşmasının üzvü olan bir neçə şəxsin də Kirmanda saxlanıldığını və onların barəsində də məhkəmə tərəfindən qərar çıxarıldığını vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər