11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Merkelin postuna namizəd bəlli olub
Tarix: 16-01-2021 17:52 | Bölmə: Dünya
Merkelin postuna namizəd bəlli olub

AFR kansleri Angela Merkelin partiyasının sədri postuna seçkilərin ikinci turu keçirilib.

Reyting.az
xəbər verir ki, Şimali Reyn-Vestfaliya federal vilayətinin baş naziri Armin Laşet hakim Xristian-Demokratik İttifaqı (XDİ) partiyasının sədri seçilib. Partiyanın onlayn formatda keçirilən qurultayında 991 nümayəndədən 521-i Laşetin namizədliyini dəstəkləyib. İkinci tura çıxmış digər namizəd Fridrix Mertsə isə 466 nəfər səs verib.

İndi Armin Laşet Bundestaqa keçirilən seçkilərdə XDİ-dən kansler postuna namizəd ola bilər. Onu Angela Merkel və AFR-in səhiyyə naziri Yens Şpan dəstəkləyir. Adətən partiyanın rəhbəri həm də kansler vəzifəsinə namizəd olur.

İnternet-səsverməyə əlavə olaraq, həmçinin nəticəsi yanvarın 22-də bəlli olacaq poçt vasitəsilə səsvermə keçiriləcək. Bu, formal xarakter daşıyır. Bütün namizədlər əvvəlcədən bildiriblər ki, bugünkü nəticələri tanıyırlar və Laşet artıq təbrikləri qəbul edir.

Məlumat üçün onu da qeyd edək ki, Armin Laşet Türkiyə-Almaniya dostluq qrupunun yaradılmasının təşəbüskarı kimi də tanınır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}