Ərdoğan: "Artıq heç kim bunu görməməzliyə vura bilməz”
Tarix: 19-10-2021 15:44 | Bölmə: Dünya
Ərdoğan: "Artıq heç kim bunu görməməzliyə vura bilməz”

“Birinci dünya müharibəsindən sonra təməlləri qoyulan Birləşmiş Millətlər Təşkilatı uzun müddətdir ədaləti təmin etmir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRTWorld Forumunun açılış mərasiminə göndərdiyi videomüraciətdə bildirib.

O deyib ki, BMT-nin yenilənməsinə ehtiyacı var: “İslam aləminin söz haqqının olmadığı, Afrikanın, Latin Amerikasının, Cənubi Asiyanın tələblərinə diqqət göstərilmədiyi, sadəcə gücü əlində saxlayan beş ölkənin mənfəətinin güdüldüyü bu sistemin hazırkı forması ilə davam etməsi mümkün deyil. BMT və digər beynəlxalq qurumlarda islahatlara ehtiyac və artıq heç kim bunu görməməzliyə vura bilməz”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər