Rostovdakı Atom Elektrik Stansiyasında sızma olub
Tarix: 21-10-2021 11:13 | Bölmə: Dünya
Rostovdakı Atom Elektrik Stansiyasında sızma olub

Rusiyanın Rostov şəhərində Atom Elektrik Stansiyasında (AES) buxar sızması olub.

TASS-ın məlumatına görə, bununla əlaqədar ikinci enerji bloku dayandırılıb. Hazırda bu blokda təmir işlərinə başlanılıb.

İnsident nəticəsində zərərçəkən olmayıb, AES ərazisində radiasiya fonu norma çərçivəsindədir. Digər üç enerji bloku fəaliyyətini davam etdirir.

Hadisənin səbəbi araşdırılır.

Rostov AES Simlyansk su anbarının sahilində yerləşir.

AES-dən Rostov şəhərinə məsafə 205 km, Volqoqrad şəhərinə isə 175 km-dir.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər