07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
ABŞ-dan Ukraynaya növbəti yardım paketi daxil olub
Tarix: 23-10-2021 00:01 | Bölmə: Dünya
ABŞ-dan Ukraynaya növbəti yardım paketi daxil olub

Ukrayna Müdafiə Nazirliyi ABŞ hökumətindən üçüncü hərbi yardım paketinin alındığını açıqlayıb.

Bu barədə nazirliyin mətbuat xidməti tviter hesabında məlumat yayıb.

Məlumata görə, ABŞ hökumətindən 60 milyon dollar dəyərində üçüncü və sonuncu yardım paketi ölkəyə gəlib.

ABŞ-ın hərbi yardım paketinin birinci və ikinci partiyası 10 və 18 oktyabr tarixlərində Kiyevə çatıb.

Qeyd edək ki, bu ilin sentyabrında Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri zamanı silah tədarükü ilə bağlı razılaşmalar əldə edilib. Əvvəllər razılaşdırılmış 250 milyon ABŞ dollarına əlavə olaraq, Ukrayna daha 60 milyon ABŞ dollarına tibbi vasitələr, silah, sursat, dəqiq silahlar və radar nəzarəti avadanlıqları alıb/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}