Somalidə silahlılar bir şəhəri ələ keçirib
Tarix: 24-10-2021 00:45 | Bölmə: Dünya
Somalidə silahlılar bir şəhəri ələ keçirib

Somalidə silahlı qruplaşma üzvləri ölkənin mərkəzindəki Quriel şəhərini yenidən ələ keçirib.

Bu barədə "Somali Guardian" xəbər portalı məlumat yayıb.

Məlumata görə, silahlılar səhər saatlarında hökumət qüvvələri tərəfindən Qurieldən qovulduqdan sonra axşam saatlarında əks-hücuma keçiblər. Nəticədə Qalmuduq əyalətində strateji baxımdan əhəmiyyətli olan Quriel şəhəri yenidən onların əlinə keçib.

Hökumət qüvvələri ilə gün ərzində davam edən küçə döyüşlərində 12 nəfər ölüb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}