Robert Köçəryanın məhkəməsi noyabrda keçiriləcək
Tarix: 26-10-2021 18:08 | Bölmə: Dünya
Robert Köçəryanın məhkəməsi noyabrda keçiriləcək

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın məhkəməsi noyabrın 2-dək təxirə salınıb.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə hakim Anna Danibekyan məlumat verib.

Vəkil Armen Gevorqyan vəsatətinin rədd edilməsinə etirazını bildirib. O, formal olaraq prosesdə iştirak etmək istəmədiyini deyib və məhkəmə zalından çıxıb. Məhkəmə ona xəbərdarlıq edib.

Bundan sonra hakim Anna Danibekyan vəkilin iştirak etməməsi səbəbindən iclası təxirə salmaq qərarına gəlib.

Xatırladaq ki, R. Köçəryan külli miqdarda rüşvət almaqda ittiham olunur/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər