Pentaqondan xəbərdarlıq: "İŞİD və "əl-Qaidə" terror aktı törədə bilər"
Tarix: 26-10-2021 18:45 | Bölmə: Dünya
Pentaqondan xəbərdarlıq: "İŞİD və "əl-Qaidə" terror aktı törədə bilər"

Pentaqon “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra İŞİD və "əl-Qaidə" kimi terror təşkilatlarının terror aktı törədə biləcəyi barədə xəbərdarlıq edib.

“Sözcü” xəbər verir ki, Pentaqon nümayəndələri hücumların Əfqanıstandan kənarda bir yerdə gözlənildiyini deyiblər.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin bu günlərdə "əl-Qaidə" terror təşkilatının Əfqanıstanda yenidən formalaşmasının mümkün olduğunu bildirib. “İŞİD və "əl-Qaidə" kimi terror təşkilatlarının hakimiyyətdəki boşluqlardan yararlanması təbiidir. Belə bir şey olsa, ABŞ müdaxilə edəcək”/Rport.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər