Ukrayna ombudsmanı Saakaşviliyə görə Gürcüstana gedib
Tarix: 27-10-2021 11:45 | Bölmə: Dünya
Ukrayna ombudsmanı Saakaşviliyə görə Gürcüstana gedib

Ukraynanın ombudsmanı Lyudmila Denisova Gürcüstana gedib.

Məlumata görə, onun səfəri Gürcüstanın keçmiş prezidenti, Ukrayna vətəndaşı Mixeil Saakaşvili ilə bağlıdır.

Xalq müdafiəçisi hazırda siyasətçinin saxlanıldığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsindədir. O, M.Saakaşvilinin sağlamlıq durumu və saxlanma şəraiti ilə tanış olacaq.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Özünü siyasi məhbus hesab edən sabiq dövlət başçısı azad edilməsi tələbi ilə artıq 27-ci gündür aclıq aksiyası keçirir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər