İran nüvə proqramı üzrə üç ölkə ilə danışıqlar aparmağa hazırdır
Tarix: 27-10-2021 14:57 | Bölmə: Dünya
İran nüvə proqramı üzrə üç ölkə ilə danışıqlar aparmağa hazırdır

İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri ilə danışıqlar aparmağa hazırdır.

TASS xəbər verir ki, rəsmi Tehran sadalanan ölkələrə nümayəndələrini göndərməyi və ya İran diplomatlarını bu 3 ölkəyə göndərməyi təklif edib, lakin hələlik bununla bağlı heç bir cavab alınmayıb.

İran XİN rəhbərinin müavini Əli Bagerinin oktyabrın 27-də Brüsseldə Avropa İttifaqının Xarici siyasət xidməti katibinin müavini, JCPOA üzrə birgə komissiyanın koordinatoru Enrike Mora ilə görüşəcəyi gözlənilir. Onlar arasında oktyabrın 14-də Tehranda baş tutmuş görüşdə nüvə razılaşmasına qayıtma problemi müzakirə olunub, həmçinin məsləhətləşmələri Brüsseldə davam etdirmək barədə razılıq əldə olunub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər