Ermənistanda bir aylıq uşaq koronavirusdan ölüb
Tarix: 29-10-2021 15:08 | Bölmə: Dünya
Ermənistanda bir aylıq uşaq koronavirusdan ölüb

Ermənistanda koronavirusa yoluxmuş bir aylıq uşaq ölüb.

İrəvan Dövlət Tibb Universitetindən bildirilib ki, uşaq universitetin “Muratsan” xəstəxanasının reanimasiya şöbəsinə oktyabrın 19-da daxil olub.

Koronavirus infeksiyasına yoluxmuş uşaq oktyabrın 26-da süni tənəffüs aparatına qoşulub.

Müdaxilələrə baxmayaraq, uşağı xilas etmək mümkün olmayıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər