Bayden ABŞ-ın kobud səhvlərini etiraf edib
Tarix: 29-10-2021 23:19 | Bölmə: Dünya
Bayden ABŞ-ın kobud səhvlərini etiraf edib

“ABŞ Fransaya qarşı özünü “biçimsiz” aparıb”.

Reyting.az
xəbər verir ki, belə bir açıqlama ilə ABŞ prezidenti Co Bayden çıxış edib. Onun fikrincə, Amerika özünün müdafiə üzrə yeni tərəfdaşlığını formalaşdıranda Fransanın maraqlarını axıra kimi nəzərə almayıb.

Fransalı həmkarı Emmanuel Makronla görüşündə Bayden etiraf edib ki, Böyük Britaniya və Avstraliya ilə hərbi sənaye üzrə münasibətlərini rəsmiləşdirəndə (AUKUS) Ağ Ev o qədər də incə davranmayıb. İki ölkənin münasibətlərində yaranmış böhranın səbəbi sualtı qayıqların istehsalı və satışı üçün Fransa ilə Avstraliya arasında bağlanmış milyardlıq sazişin birtərəfli qaydada ləğv edilməsidir. Ağ Evin mətbuat katibinin yaydığı məlumatda xüsusi olaraq vurğulanır ki, sanki Parisi bu qərar barədə əvvəlcədən məlumatlandırıblar.

Rusiyanın xəbər portallarının geniş tirajladığı məlumatda o da qeyd olunur ki, hərbi-texnki əməkdaşlığa dair üçtərəfli müqavilə imzalandıqdan sonra Avstraliya Fransanın “Naval Group” şirkəti ilə bağladığı sazişdən çıxdığını bəyan edib. Bu şirkətin Avstraliya üçün hazırlayacağı sualtı qayıqların dəyəri 56 milyard avro imiş.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər