09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Dmitri Medvedev: “Rusiyada koronavirusa yoluxma kritik həddədir”
Tarix: 01-11-2021 08:14 | Bölmə: Dünya
Dmitri Medvedev: “Rusiyada koronavirusa yoluxma kritik həddədir”

“2021-ci ilin yazından Rusiya koronavirus pandemiyasının 5-ci dalğasını yaşayır. Bu zaman ölkədə növbəti dəfə xəstəliyin artdığı müşahidə olunur”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rossiyskaya qazeta”da dərc olunmuş məqaləsində yazıb.

D. Medvedev qeyd edib ki, Rusiya bu yaz pandemiyanın beşinci mərhələsinə qədəm qoyub və bu dövr indiki günə qədər davam edir: “Hal-hazırda testlərin həcminin artmasından irəli gələrək xəstələrin sayında əvvələr heç zaman müşahidə olunmamış artımı ımüşahidə edirik. Yoluxma səviyyəsi çox yüksək, demək olar kritik həddədir, kütləvi vaksinasiya gedir".

D. Medvedevin iddiasına görə, koronavirus bəşəriyyətdə uzun müddət qalacaq. Lakin yaxın gələcəkdə pandemiyaya nəzarət etmək mümkün olacaq:

“İstəsək də, istəməsək də, koronavirus həyatımıza daxil olub və uzun müddət onunla birgə həyat tərzi keçirəcəyik.

Kütləvi peyvənddən sonra bəşəriyyət bu xəstəliyə qarşı kollektiv toxunulmazlığı inkişaf etdirsə belə, yeni infeksiya ocaqlarının yaranma ehtimalı qalır. Yaxın aylarda bütövlükdə vəziyyətin nəzarət altına alınacağını söyləmək üçün əsaslar var”.

Sədr müavini daha sonra yazıb ki, gələcəkdə belə təhlükələri dəf etmək üçün daim hazırlığı saxlamaq lazımdır, iqtisadiyyatın və həyatın bütün sahələrində yeni texnologiyalar tətbiq etmək zəruridir: “Cəmiyyətdəki bərabərsizliyin əsas məqamlarını aradan qaldırmaq, insanların ən həssas kateqoriyalarını dəstəkləmək, fövqəladə hallar zamanı maksimum səy və resursları yönəltmək lazımdır. Hər kəsə yüksək keyfiyyətli tibbi yardım göstərilməli, habelə, hər kəs həm təcili, həm də planlı şəkildə dərmanlarla, peyvəndlərlə, qorunma vasitələri ilə təmin edilməlidir. İnsanlara nəinki çətin anlarda sağ qalmağa, həm də hər gün normal yaşamağa imkan verən hər şeyə təminat verilməlidir”.




Bölməyə aid digər xəbərlər