09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
ABŞ-ın hərbi gəmisi Qara dənizə doğru yön alıb
Tarix: 01-11-2021 11:11 | Bölmə: Dünya
ABŞ-ın hərbi gəmisi Qara dənizə doğru yön alıb

ABŞ Hərbi Dəniz Donanmasının “Mount Whitney” flaqman komandanlıq gəmisi NATO-ya üzv dövlətlərin qüvvələri ilə birlikdə əməliyyat keçirmək məqsədi ilə Qara dənizə doğru hərəkət edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanması “Tvitter” səhifəsində bildirib.

Məlumata görə, ABŞ-ın Hərbi Dəniz Qüvvələri NATO qüvvələrinin dəstəyi ilə Aralıq və Qara dənizlərində müttəfiqlər və başqa tərəfdaş dövlətlərlə birlikdə əməliyyat keçirəcək.

Altıncı Donanmanın mənzil-qərargahı İtaliyanın Neapol şəhərində yerləşir.(Report)




Bölməyə aid digər xəbərlər