Qazaxıstan prezidenti Xəzərin çirklənmədən qorunması protokolunu imzalayıb
Tarix: 01-11-2021 18:14 | Bölmə: Dünya
Qazaxıstan prezidenti Xəzərin çirklənmədən qorunması protokolunu imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzərin yerüstü mənbələrdən çirklənməsinin mühafizəsi üzrə ratifikasiya protokolu haqqında qanunu imzalayıb.

TASS xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti noyabrın 1-də məlumat yayıb.

“Dövlət başçısı “Xəzər dənizinin yerüstü mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Protokolunun təsdiq edilməsi haqqında Qazaxıstan Respublikası Qanununu” imzalayıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, protokol 2012-ci ilin dekabrında imzalanıb. Sənədin məqsədi Xəzəri çirklənmədən qorumaqdır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər