09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ukraynanın müdafiə naziri istefa ərizəsi yazıb
Tarix: 02-11-2021 23:01 | Bölmə: Dünya
Ukraynanın müdafiə naziri istefa ərizəsi yazıb
Andrey Taran

Ukrayna müdafiə naziri Andrey Taran istefa ərizəsi yazıb. A. Taran istefa ərizəsini artıq Ali Radaya təqdim edib

Reyting.az
xəbər verir ki, bu barədə hökumətin Ukrayna parlamentindəki nümayəndəsi Taras Melnıçuk “Telegram” kanalında bildirib.

Məlumata görə, “Xalq qulluqçusu” fraksiyası müdafiə naziri postuna Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası məsələləri üzrə nazir Aleksey Reznikovun namizədliyini irəli sürüb.

Prezident Vladimir Zelenskinin artıq Aleksey Reznikovun namizədliyi ilə bağlı razılığa gəldiyi bildirilir.


Aleksey Reznikov

Dövlət başçısı bundan əvvəl hökumətdə kadr dəyişikliyi elan etsə də, konkret kimdən söhbətin getdiyini açıqlamayıb. Ukrayna mətbuatı isə 5-ə qədər nazir dəyişdirilə biləcəyini yazır.




Bölməyə aid digər xəbərlər