Prezidentliyə namizəd həbs edilib
Tarix: 03-11-2021 08:03 | Bölmə: Dünya
Prezidentliyə namizəd həbs edilib

Bolqarıstan prezidentliyinə namizəd Boyan Rasate şənbə günü LGBT icmasının ofisinə hücumda şübhəli bilinərək polis tərəfindən həbs edilib.

“NovaTV” xəbər verir ki, həbsdən əvvəl Mərkəzi Seçki Komissiyası Rasatenin toxunulmazlığının ləğvi ilə bağlı prokurorluğun vəsatətinə razılıq verib.

Qeyd edək ki, şənbə günü Rasate də daxil olmaqla, təxminən 12 nəfər şəxs Bolqarıstanın paytaxtında LGBT icmasının ofisinə hücum edib. Qurumun əməkdaşlarından biri yüngül bədən xəsarətləri alıb, ofisdəki mebel və avadanlıqlar sıradan çıxıb.

İcma üzvlərinin şikayəti əsasında məhkəmə onların həbs olunması barədə qərar verib.(APA)




Bölməyə aid digər xəbərlər