09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Çində COVİD-19-un yeni dalğası başlayıb
Tarix: 03-11-2021 13:44 | Bölmə: Dünya
Çində COVİD-19-un yeni dalğası başlayıb

Çində COVİD-19 yenidən yayılır. Artıq ölkə daxilində virusa 93 yeni yoluxma hadisəsi qeydə alınıb. Bu barədə ÇXR-in səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Reyting.az
bildirir ki, komitənin ictimaiyyətə təqdim etdiyi xəbərə görə, son günlər epidemiya Çinin şimal və şimal-şərqində, əsasən Qansu, Heylunszyan əyalətlərində və Daxili Monqolustan muxtar rayonunda yayılmağa başlayıb. Yerli hakimiyyət orqanları görülən tədbirlərin hələlik gözlənilən nəticəni vermədiyini və yoluxma hallarının getdikcə daha da artdığını açıqlayıblar.

Hələ bir həftə bundan əvvəl Heylunszyan əyalətinin Heyxe şəhərində koronovirus pandemiyasına yeni yoluxma faktı öz təsdiqini tapıb. Az sonra məlum olub ki, daha üç yerli sakin əlamətləri bilinməyən virus daşıyıcılarıdır. Dünəndən etibarən, koronovirusa çoxsaylı yoluxma halları səbəbindən, Rusiyanın Amur vilayəti ilə sərhəddə yerləşən çoxmilyonluq Heyxe şəhərində ciddi karantin rejimi tətbiq olunub.




Bölməyə aid digər xəbərlər