ABŞ-ın hərbi gəmiləri Gürcüstanın Batumi limanına daxil olub
Tarix: 08-11-2021 12:18 | Bölmə: Dünya
ABŞ-ın hərbi gəmiləri Gürcüstanın Batumi limanına daxil olub

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Mount Whitney” və “Porter” gəmiləri Gürcüstanın Batumi limanına daxil olub.

Məlumata görə, onlar Qara dənizdə NATO üzrə müttəfiqlər və tərəfdaşlarla birgə əməliyyatlarda iştirak edəcəklər.

ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib ki, gəmilərin limana yan alması NATO və Gürcüstan arasında önəmli münasibətləri vurğulayır. Qeyd olunub ki, Gürcüstan bölgədə sülh və sabitliyin təşviqində sarsılmaz tərəfdaşdır/Report.




Bölməyə aid digər xəbərlər