Trampdan qorxunc iddia: “ABŞ Baqram bazasını təhvil verməklə...”
Tarix: 08-11-2021 14:54 | Bölmə: Dünya
Trampdan qorxunc iddia: “ABŞ Baqram bazasını təhvil verməklə...”

ABŞ-ın sabiq prezidenti Donald Tramp Çinlə bağlı ilginc iddia irəli sürüb. Hazırki prezidenti sərt şəkildə tənqid edən ABŞ-ın sabiq prezidenti baş verənlərə görə generalları da hədəfə alıb.

Reyting.az
-ın məlumatına görə, Tramp “Fox Nevs”-ə müsahibəsində deyib ki, ABŞ-ın Əfqanıstanı tərk etməsi Çini gücləndirəcək.

Trampın sözlərinə görə, ABŞ-ın bu addımı “geri çəkilmə”, utancverici və qorxunc bir hadisədir: “Bundan psixoloji olaraq xilas olub-olmadığımızı bilmirəm”.



ABŞ-ın Milli təhlükəsizlik müşaviri Cake Sallivan isə CNN-ə bildirib ki, ölkəsinin Əfqanıstandan kənar olması bu ölkədə xidməti davam etdirməkdən daha yaxşıdır: “Bu qərarın arxasındayıq və ABŞ-ın milli maraqlarını Əfqanıstandan çıxaraq bu gün Əfqanıstanda olmağımızdan daha yaxşı qoruyacağımıza inanırıq”.

Tramp isə Baydeni 13 ABŞ əgərinin ölümündə, minlərlə Amerika müttəfiqinin köməksiz qalmasında və Əfqanıstanı sürətli şəkildə “Taliban”ın ələ keçirəcəyinə imkan verən uğursuzluqda ittiham edib: “Artıq Bayden administrasiyası bu mövzuda danışmır. Bilərəkdən danışmırlar. Hadisə bitdikdən üç gün sonra bundan bəhs etmirlər”.



Tramp özünün prezidentliyi dövründə Əfqanıstandan hərbçiləri çıxarmağı planlaşdırsa da, Baqram hava bazasında hərbi həbsxana olan Parvan saxlama müəssisəsinin fəaliyyət göstərəcəyini bəyan etmişdi. Trampın fikrincə, buna səbəb Çinin bu hərbi bazanı ələ keçirmək və saxlama müəssisəsində olan məhkumları qaçırmasına imkan verməməkdir: “Çin yaxınlıqda olduğu üçün Baqramı tutmalı idik. Bu nöqtə Çinin müvə müəssisələrindən bir saat uzaqlıqda yerləşir. İndi buradan çıxmaqla həmin yeri təslim etmiş olmuşuq. Fikrimcə, Çin Baqramı ələ keçirəcək”.

Tramp Əfqanıstandan uğursuz çıxma zamanı 13 ABŞ əsərinin ölümünə görə generalları da ittiham edib. Bildirib ki, yüksək çinli zabitlər buna imkan verməməli idi.



Qeyd edək ki, Bayden hökuməti avqust ayında ABŞ qüvvələrini Baqram bazasından çıxarıb. Pentaqon isə həmin ay bəyan edib ki, “Taliban” bazada saxlanılan minlərlə İŞİD məhkumunu azadlığa buraxıb.

“Unutmayın, Əfqanıstanda ordunun sayını 2500 nəfərə endirən mənəm. Mən də oradan çıxa bilərdim, amma güclü formada çıxardım. Əfqanıstandan çıxmaq zamanı gəlmişdi, amma çıxmaq metodu tam bir fəlakət idi”, - keçmiş prezident qeyd edib.




Bölməyə aid digər xəbərlər