Obama: “Ən böyük zibil mənbəyi Rusiya və Çindir!”
Tarix: 09-11-2021 09:56 | Bölmə: Dünya
Obama: “Ən böyük zibil mənbəyi Rusiya və Çindir!”

Amerikanın sabiq prezidenti Barak Obama Qlazqo iqlim konfransına qatılmayan Rusiya prezidenti Vladimir putini və ÇXR-in sədri Si Zinpini tənqid atəşinə məruz qoyub.

Ura.ru-nun yaydığı məlumatda deyilir ki, Barak Obama Çini və Rusiyanı planetin iqlim problemlərinin həlli istiqamətndə kifayət qədər səy göstərməməkdə ittiham edib. Onun sözlərinə görə, həm Rusiya, həm də Çin ən nəhəng tullantı istehsalçılarıdır və buna görə bu ölkələrin liderlərinin iqlim dəyişiklikləri ilə bağlı sammiti ziyarət etməmələri müəyyən çaşqınlıq əmələ gətirib. “Bu dövlətlərin planları iqlim problemlərinə dair təcili tədbirlər görməkdə maraqlı olmadığnı nümayiş etdirir”, - deyən Obamanın fikrincə, planetimizi yalnız bütün ölkələrin birləşmiş qüvvələrinin hesabına xilas etmək mümkündür.

ABŞ-ın sabiq prezidentinin bəyanatına münasibət bildirən senator Aleksey Puşkov bunu “ədəbsiz demaqoqluq” adlandırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər