Ermənistanda virusdan rekord ölüm: 67 nəfər
Tarix: 09-11-2021 12:05 | Bölmə: Dünya
Ermənistanda virusdan rekord ölüm: 67 nəfər

Ermənistanda son sutkada koronavirusa 1121 yeni yoluxma qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzindən məlumat yayıb.

Ümumən 322.364 nəfər koronavirusa yoluxma faktı qeydə alınıb.

Hazırda 29203 nəfər müalicə olunur, 285.057 nəfər sağalıb, 6762 nəfər (son gündə 62 nəfər) vəfat edib.

Daha 5 koronaviruslu başqa xəstəliklər ucbatından ölüb. Belə halların ümumi sayı 1342-dir. Beləliklə, ölənlərin ümumi sayı 8104-ə çatıb.

Qeyd edək ki, oktyabrın 18-dək ölənlərin ümumi sayı 7039 nəfər olub.




Bölməyə aid digər xəbərlər