Merkel Ərdoğan və Putindən narazıdır
Tarix: 09-11-2021 12:10 | Bölmə: Dünya
Merkel Ərdoğan və Putindən narazıdır

“Bundan sonra siyasətlə məşğul olmayacağam. Nə edəcəyimi hələlik bilmirəm. Bir müddət istirahət edəcəyəm, sonra görüm ağlıma nələr gələcək”.

Reyting.az
xəbər verir ki, bunu müasir dünya siyasətinin ən güclü simalarından sayılan və kansler postunu təslim etməyə hazırlaşan Almaniya lideri Angela Merkel deyib.

Merkelin müsahibəsində ən maraqlı məqam dünya liderləri ilə bağlı suala cavabı olub. Fransa prezidenti Emmanuel Makronla səmimi vida görüşünü xatırladan Merkel əlavə edib ki, Makrondan fərqli olaraq, daha xoşagəlməz danışıqlar da olub: “Mən Vladimir Putin və cənab Ərdoğanı nəzərdə tuturam”.

Merkel işlədiyi müddətdə ona ən çox meydan oxuyan iki məsələ - 2015-ci ildə qaçqın axını və COVİD-19 pandemiyası olduğunu deyib. Hər iki məsələnin insanlara birbaşa təsir etdiyinə diqqət çəkən Merkel vəzifəsi boyunca çoxtərəflilik prinsipinə sadiq qaldığını və dünyada problemlərin ancaq birlikdə çalışmaqla həll oluna biləcəyinə inandığını vurğulayıb.




Bölməyə aid digər xəbərlər