Müdafiə naziri: “1915-ci il hadisələrinin təhrif edildiyi çox açıq və aydındır”
Tarix: 09-11-2021 13:24 | Bölmə: Dünya
Müdafiə naziri: “1915-ci il hadisələrinin təhrif edildiyi çox açıq və aydındır”

“1915-ci il hadisələrinin təhrif edildiyi çox açıq və aydındır”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov birgə keçirdiyi mətbuat konfransında deyib.

O, bu məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana etdiyi çağırışı xatırladıb: “Prezidentimiz bu məsələ ilə bağlı tarixçilərdən ibarət heyətin formalaşdırılmasını təklif edib. Siyasətçilər də “mən haqlıyam”, “sən haqsızsan” deməsinlər. Tarixçilər mübahisə etsinlər, nəticəni ortaya qoysunlar.

Bizim sənədlərimiz ortadır. Ermənistan tərəfinin populist, oportinist bir mövqedə olduğunu, bəzi şəxslərin seçkilərdə səs toplamaq üçün tarixi hadisələrdən sui-istifadə etdiklərini görürük. Bunu hamının bilməsi lazımdır”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər