10:12 / 08-05-2025
Azərbaycan nefti ucuzlaşıb
Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib
Tarix: 10-11-2021 14:56 | Bölmə: Dünya
Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib

Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

TASS xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantıda iştirak edib.

İclası Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu açıb.

O bildirib ki, iclasın sonunda qəbul olunacaq qərarlar MDB-yə üzv ölkələrin sülh və sabitliyi dəstəkləmələrinə töhfə verəcək.

İclasda Belarus, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan, Tacikistan və Ermənistanın müdafiə nazirləri də iştirak ediblər/Report.




Bölməyə aid digər xəbərlər