Liberal Baş nazir postunu qoruyub
Tarix: 10-11-2021 17:17 | Bölmə: Dünya
Liberal Baş nazir postunu qoruyub

Yeni Baş naziri seçmək və kabinetin təzə tərkibini formalaşdırmaqdan ötrü Yaponiya hökuməti tam heyətdə istefa verib.

“Kyodo News” xəbər agentliyinin məlumatına görə, bu gün Yaponiya parlamentinin xüsusi iclası çağrılır və burada Liberal Demokrat Partiyasının (LDP) prezidenti Fumio Kisidanın ikinci dəfə Baş nazir postuna seçiləcəyi gözlənilir. Noyabrın 10-12-nə təyin olunmuş parlament sessiyasından əvvəl, ölkə Konstitusiyasının tələbinə uyğun olaraq, Kisidanın kabineti həmrəy şəkildə istefaya gedib.

Məlumatda o da qeyd olunur ki, oktyabrın 31-də keçirilən seçkilərin nəticələrinə əsasən, LDP parlamentdəki 465 yerdən 261-ni, yəni, yarıdan çoxunu qazanıb. Bu da “mütləq sabit çoxluğa” malik Fumio Kisidaya təkcə parlamentin aşağı palatasının sahə komitələrinin başçılarını təyin etməyə deyil, həm də burada yerlərin əksəriyyətinə yiyələnməyə imkan verəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}