Mühacir böhranında almanların əli varmış
Tarix: 11-11-2021 14:11 | Bölmə: Dünya
Mühacir böhranında almanların əli varmış

“WELT” nəşri Avropa Birliyi (AB) komissiyasının almanların qeyri-leqal mühacirlərə ölkələrinə keçməkdə yardım etmələri barədə gizli protokolunu üzə çıxarıb.

Reyting.az
nəşrin yaydığı məlumata istinadla bildirir ki, AB-nin sənədinə əsasən, Almaniya və Finlandiya asiyalı mühacirlərin üz tutduqları əsas istiqamətlərdir.

Belorus və Polşanın sərhədində mühacir böhranının qızışmasından sonra iki ölkə arasında yaranmış münaqişənin təhqiqatına AB də qoşulub. İnformasiya agentliyinin məlumatına görə, Almaniyanın müvafiq hökumət qurumları Belorusdan Avropa Birliyi ərazisinə mühacirlərin qeyri-qanuni daşınması ilə məşğul olan çoxlu sayda taksi sürücüsünü həbs edib. Məlum olub ki, onlar asiyalı qaçqınları sərhəddən öz avtomobillərində keçiriblər. Əvvəllər, qeyri-leqal mühacirləri Palşaya, bir qayda olaraq, Almaniyada daimi yaşayan İraq, İran, Suriya və Türkiyə vətəndaşları daşıyırdı.

Məlumatda həmçinin xüsusi olaraq vurğulanır ki, Aavrokomissiyanın protokolunda qeyri-leqal mühacirləri Belorusa daşıyan avia-şirkətlərin adları da göstgərilir. Bu siyahıda "Belaviya", “Turkish Airlines”, “Fly Dubai” və Suriyanın “Cham Wing Airlines” özəl şirkətinin adları hallanır.

Maraqlıdır ki, AB-nin adı çəkilən sənədində Rusiyanın "Аэрофлот" şirkəti ilə bağlı heç nə deyilmir. Həmin Avropa Birliyi mühacir böhranında iştirakı şübhəsi ilə bu aviaşirkətə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Bu arada Belorus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkəsinin milli aviadaşıyıcısı olan “Belaviya” Asiyadan qaçqınların gətirilməsində iştirak etməyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər