Zelenski: “Süni qıtlıq oyunundan əl çəkin!”
Tarix: 11-11-2021 21:45 | Bölmə: Dünya
Zelenski: “Süni qıtlıq oyunundan əl çəkin!”

Ukrayna prezidenti yerli oliqarxlara ünvanladığı video-müraciətində onlara ciddi xəbərdarlıq edib.

“Hər il payızda və qışda bəzi oliqarx strukturları “süni qıtlıq” oyununa başlayır. Mən indi əminliklə deyirəm ki, bu il belə oyuna başlamasınız yaxşıdır”. Bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski özünün Telegram kanalı vasitəsilə etdiyi video-müraciətində söyləyib. O, müraciətində onu da xüsusi olaraq vurğulayıb ki, əgər dövlətin səbri tükənərsə, oliqarxlar üçün “cəhənnəm dövrü” başlayacaq.

Buna qədər isə cənab Zelenski Ukraynada oliqarxlar haqqında qanun layihəsini imzalayacağını bəyan etmişdi. Qeyd edək ki, yeni qanun böyük bizneslə siyasətçilər arasındakı münasibətləri kökündən dəyişə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}