Minsk yenə sanksiyalarla hədələnir
Tarix: 12-11-2021 08:11 | Bölmə: Dünya
Minsk yenə sanksiyalarla hədələnir

Almaniya və Litva sərhəddə yaranmış mühacir böhranına görə Avropa Birliyini (AB) Belorusa qarşı sərt sanksiya tətbiq etməyə çağırır.

“РИА Новости”nin Berlindən verdiyi xəbərdə deyilir ki, Almaniya və Litva Xarici İşlər nazirlikləri Polşa-Belorus sərhədində davam edən gərginliyə görə Minski ciddi sanksiyalarla cəzalandırmağı təklif ediblər. Belə bir razılıq dünən Almaniyanın xarici işlər naziri Xayko Maasla onun litvalı həmkarı Qabrielus Landsbergis arasında aparılan telefon danışığında əldə edilib. Tərəflər Avropa Birliyinin Minskə sərt sanksiyalarla cavab verməsini tələb ediblər.

Məlumatda həmçinin qeyd edilir ki, iki ölkənin xarici diplomatiya idarələrinin rəhbərləri mühacirlərə təcili şəkildə hümanitar yardımın göstərilməsi yönündə konkret addımlar atılmasının vacibliyini də vurğulayıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}