Zelenski Gürcüstanın Baş nazirindən Saakaşvili ilə bağlı xahiş edib
Tarix: 12-11-2021 11:44 | Bölmə: Dünya
Zelenski Gürcüstanın Baş nazirindən Saakaşvili ilə bağlı xahiş edib

Ukrayna prezidenti Volodimir Zelenski və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Bu barədə Ukrayna lideri "Tvitter" səhifəsində yazıb.

“Qaribaşvili ilə telefon söhbətində qeyd etdim ki, Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin hüquqları beynəlxalq normalara uyğun olaraq tam təmin edilməlidir”, - V. Zelenski yazıb.

O vurğulayıb ki, İ. Qaribaşvilidən M. Saakaşvilinin anası, qohumları və ukraynalı həkimlərin onu ziyarət eməsinə şərait yaratmağı xahiş edib.(Report)




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}