Saakaşvilinin tərəfdarları Tbilisidə parlament binası qarşısına toplanıb
Tarix: 13-11-2021 19:01 | Bölmə: Dünya
Saakaşvilinin tərəfdarları Tbilisidə parlament binası qarşısına toplanıb

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə parlament binası qarşısına toplaşaraq ona dəstək üçün növbəti aksiya keçirirlər.

Bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Hazırda parlamentə bitişik Rustaveli prospektinə patrul polis briqadaları səfərbər edilib.

Aksiyanın təşkilatçıları Vahid Milli Hərəkat müxalifət partiyasının üzvləridir. Etirazçıların əsas tələbləri Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsidir.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}