Polşanın əsgəri Belarusla sərhəddə həlak olub
Tarix: 14-11-2021 00:42 | Bölmə: Dünya
Polşanın əsgəri Belarusla sərhəddə həlak olub

Polşa ordusunun əsgəri Belarusla sərhəddə bədbəxt hadisə nəticəsində həlak olub.

Bu barədə Polşa ordusunun 17-ci mexanikləşdirilmiş briqadasının komandanlığının bəyanatında deyilir.

Bildirilib ki, hadisədə üçüncü şəxslər iştirak etməyib.

Xatırladaq ki, artıq bir neçə gündür Polşa-Belarus sərhədində gərginlik yaşanır.

Belarusa gəlmiş qanunsuz miqrantlar sərhədi keçərək Polşa ərazisinə daxil olmağa cəhd edirlər. Nəticədə hərbçilərlə miqrantla arasında qarşıdurma yaranıb/Report.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}