Suriyada terrorçular hərbçiləri pusquya salıb, 13 nəfər həlak olub
Tarix: 14-11-2021 15:53 | Bölmə: Dünya
Suriyada terrorçular hərbçiləri pusquya salıb, 13 nəfər həlak olub

Suriyanın Deyr əz-Zor əyalətində terrorçular ölkə ordusunun hərbçilərini və “milli müdafiə qüvvələri”nin silahlılarını pusquya salıb.

Bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, pusqu zamanı azı 13 hərbçi öldürülüb. Qeyd edilir ki, hərbçilər Misrab rayonunda İŞİD silahlıları tərəfindən pusquya salınıb.

Hökumət qüvvələri terrorçuları geri oturdublar və onları səhranın dərinliklərinə çəkilməyə məcbur ediblər. Atışma zamanı habelə bir neçə hərbçi xəsarət alıb. Onların sayı açıqlanmır. Yaralılar xəstəxanaya yerləşdirilib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər