İranda ard-arda iki güclü zəlzələ baş verib - Ölən və yaralananlar var
Tarix: 14-11-2021 19:28 | Bölmə: Dünya
İranda ard-arda iki güclü zəlzələ baş verib

İranın cənubunda - Hörmüzgün əyalətində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Reyting.az-ın məlumatına görə, yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Son məlumata görə, ilk zəlzələdən az sonra növbəti 6.4 bal gücündə zəlzələ baş verib. Nəticədə 2 nəfər ölüb, 17 nəfər yaralanıb.


Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər