Küveyt hökumətinin istefası qəbul olunub
Tarix: 14-11-2021 18:36 | Bölmə: Dünya
Küveyt hökumətinin istefası qəbul olunub

Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin Baş naziri Şeyx Sabah Xalid əl-Həməd əs-Sabah və hökumətinin istefasını qəbul edib.

Bu barədə KUNA xəbər agentliyi məlumat yayıb.

Əmirin sərəncamına görə, yeni kabinet formalaşana qədər əvvəlki hökumət fəaliyyət göstərməlidir.

Noyabrın 8-də hökumət istefa məktubunu əmirə təqdim edib.

Qeyd edək ki, bu, Küveyt Nazirlər Kabinetinin 2021-ci ildə ikinci istefasıdır.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər