Mühacirlərin kütləvi davası: 22 nəfər saxlanılıb
Tarix: 15-11-2021 11:15 | Bölmə: Dünya
Mühacirlərin kütləvi davası: 22 nəfər saxlanılıb

Rusiyanın şimal paytaxtında mühacirlərin iştirakı ilə baş verən davadan sonra 22 nəfər saxlanılıb.

“Интерфакс”ın yaydığı məlumata görə, ötən gecə Sankt-Peterburqun Frunze rayonunda Özbəkistan və Rusiya vətəndaşları arasında kütləvi dava baş verib. Hadisənin qeydə alındığı Sofiya küçəsindəki meyvə-tərəvəz bazasına gələn polislər ümumilikdə 22 nəfəri şöbəyə aparıblar.

Odlu silahdan da istifadə olunan qarşıdurmanın əsas iştirakçıları sayılan yeddi nəfər Özbəkistan vətəndaşına qarşı protokollar tərtib edilib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, noyabrın əvvəllərində Moskvanın Domodedovo hava limanında mühacirlərlə yerli sakinlər arasında oxşar hadisə baş vermişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}