Çavuşoğlu İranda: "Hazırda regionda vacib hadisələr baş verir"
Tarix: 15-11-2021 13:03 | Bölmə: Dünya
Çavuşoğlu İranda: "Hazırda regionda vacib hadisələr baş verir"

“İrana qarşı birtərəfli sanksiyalar yanlışdır”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmirabdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bunu bütün platformalarda deyirik. Bunu bu gün burada bir daha vurğulamaq istəyirəm. İrana qarşı birtərəfli sanksiyalar ləğv edilməlidir”/Report

Türkiyəli nazir deyib ki, hazırda regionda vacib hadisələr baş verir: “Regional məsələlərdə dialoqun davam etdirilməsi daha əhəmiyyətlidir. Cənubi Qafqazın sabitliyi, xüsusilə 3+3 formatı ilə bağlı İran tərəfi ilə müzakirələr aparırıq. Həmçinin İraqın, Əfqanıstanın sabitliyi üçün İran və Türkiyənin mühüm addımlar ata biləcəyini düşünürük”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər